“Yarışda güclü və tanış rəqiblərlə üz-üzə gəldim. Finala gedən yolda əlimə düşən imkanlardan yararlana bilmədim”.
Bu sözləri Olimpnews.az-a müsahibəsində Skopye-2025-in cüdo yarışlarının bürünc mükafatçısı Aysun Məmmədova deyib.
O, qeyd edib ki, gərgin mübarizə şəraitində keçən yarış onun üçün sevindirici nəticə ilə yadda qalacaq.
“Festival güclü idmançıların iştirak etdiyi bir yarışdır. Buraya təsadüfi idmançılar, xüsusilə cüdoçular gəlmir. Təsəlliverici yarışlarda iştirak edib, bürünc mükafata sahib çıxdım. Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir. Qarşıdakı yarışlarda buraxdığım səhvləri aradan qaldırmağa çalışacağam”, - deyə Aysun Məmmədova bildirib.
Qeyd edək ki, -52 kq çəkidə mübarizə aparan cüdoçumuz həlledici görüşdə fransalı Alisa Lopezə qalib gələrək Skopye-2025-in bürünc medalına sahib çıxıb.
Aysun Məmmədova: “Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir”
