Bayraqdarımız EYOF-2025-də gümüş medal qazandı

Bayraqdarımız EYOF-2025-də gümüş medal qazandı

Azərbaycan cüdoçusu Zeyd Ələsgərov XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında komandamıza növbəti gümüş medalı qazandırıb. Olimpnews.az xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizə aparan bayraqdarımız həlledici görüşdə əslən azərbaycanlı olan ukraynalı idmançı Xəzər Heydərovla qarşılaşıb. Gərgin keçən görüş rəqib idmançının qələbəsi ilə başa çatıb.  
Bununla da komandamızın Skopye-2025-dəki medallarının sayı 5-ə (3 qızıl, 2 gümüş) çatıb. 
Qeyd edək ki, Avropa çempionumuzun finaldakı rəqibi ukraynalı Xəzər Heydərov olacaq.