Azərbaycanın rəqs cütlüyü Soçidə yeni rekorda imza atdı

Azərbaycanın rəqs cütlüyü Soçidə yeni rekorda imza atdı


Azərbaycanın Sitnikov - Zlobina dueti Soçidə sərbəst proqramda çıxış edib.
Qısa rəqsdə inamlı təsir bağışlayaraq, 14-cü olan cütlüyümüz bu dəfə "8” nömrə altında mübarizə aparıb. Cütlüyümüzün ikinci çıxışı daha uğurlu alınıb və onlar 91,78 bala layiq görülüblər (10-cu yer). Yekunda 2 nəticənin cəminə görə 148, 63 bal toplayan Sitnikov - Zlobina dueti Soçi Olimpiadasını 12-ci yerdə başa vurublar. Bununla da idmançılarımız yığmamızın Qış Olimpiya Oyunlarında yeni rekorduna imza atıblar. Qeyd edək ki, indiyədək "Ağ Olimpiada”da rekordumuz 16-cı yer idi.

Yarışın qızıl medalları Çarli Uayt - Meril Devis (ABŞ, 195,52 xal) cütlüyünə qismət olub. Vankuver-2010-un qızıl mükafatçıları Skott Moyr - Tessa Virçu (Kanada, 190, 99 xal) bu dəfə gümüş medalla kifayətləniblər. İlk "üçlüyü” isə rusiyalı Nikita Katsalapov - Yelene İlinıx (183,48 xal) dueti qapayıb.