Skopye-2025 çərçivəsində Yan Sandanski İdman arenasında keçirilən cüdo yarışlarında üçüncü günün görüşlərinə start verilib.
Olimpnews.az xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün ilk görüşlərini qələbəsiz başa vurublar. Belə ki, -57 kq çəki dərəcəsində mübarizə aparan Səmayə Yusifli ilk görüşündə fransalı rəqibi Konstansa Dos Reisə uduzub.
Fesivalın cüdo yarışlarında -63 kq çəki dərəcəsinə ölkəmizi təmsil edən Ayan Yusifli də yarışa məğlubiyyətlə başlayıb. O, macarıstanlı Culiya Pinter səddini keçə bilməyib. Lakin buna baxmayaraq, hər iki cüdoçumuzun bürünc medal qazanmaq şansı hələ də qalır. Bunun üçün onların uduzduqları rəqibləri finala qədər irəliləməli, cüdoçularımız isə təsəlliverici görüşdə qalib gəlməlidirlər.