Skopye-2025: Badmintonçularımız qarışıq cütlərdə mübarizəni dayandırdı

Skopye-2025: Badmintonçularımız qarışıq cütlərdə mübarizəni dayandırdı

Bu gün Skopye-2025 çərçivəsində keçirilən badminton üzrə qarışıq cütlərin yarışına start verilib. 
Olimpnews.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları da təmsil olunurlar. 1/32 finalda mübarizəyə başlayan Əli Gözəlov/Viktoriya Kumanyayevadan ibarət cütlüyümüz İsveçrəni təmsil edən Arauxo/Putri cütlüyü ilə qarşılaşıb. Nevana Georgieva - Dunya adına ibtidai məktəbində keçirilən yarış rəqib komandanın 2:0 (5:21, 13:21) hesablı qələbəsi ilə yekunlaşıb. 

Bununla da badmintonçularımız festivalda qarışıq cütlərdə mübarizəni dayandırıb.