Skopye-2025: Cüdoçumuz erməni rəqibinə ipponla qalib gəldi 

Skopye-2025: Cüdoçumuz erməni rəqibinə ipponla qalib gəldi 

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (-73 kq) XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb. 
Olimpnews.az xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb. 
Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (-81 kq) də 1/4 finala vəsiqə əldə edib.