Azərbaycan cüdoçusu Amin Mehdiyev XVIII Avropa Gənclər Yay Olimpiya festivalında növbəti görüşünə çıxıb.
Olimpnews.az xəbər verir ki, -81 kq çəki dərəcəsində mübarizə aparan komandamızın üzvü 1/4 finalda gürcüstanlı Giorgi Mumladzeyə məğlub olub.
Qeyd edək ki, gürcü idmançı finala çıxacağı halda cüdoçumuz bürünc medal uğrunda təsəliverici görüşdə mübarizə apacaq.