Skopye-2025: Taekvondo yarışlarının ikinci günü komandamız üçün başa çatdı 

Skopye-2025: Taekvondo yarışlarının ikinci günü komandamız üçün başa çatdı 

Skopye -2025 çərçivəsində keçirilən taekvondo yarışlarında daha iki idmançımız çıxışını başa vurub.
Olimpnews.az xəbər verir ki, ilk mərhələdə rəqibinə qalib gələn Aydın Suleymanov (55 kq) 1/16 finalda Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edən Uladzimir Marozova məğlub olub. 
63 kq çəki dərəcəsində qüvvəsini sınayan Ziya Həsənli isə eyni mərhələdə türkiyəli Nüsret Ege Çakıra uduzaraq, yarışla erkən vidalaşıb. 
Daha əvvəl xanım taekvondoçumuz Sehri Cəlalova (55 kq) da 1/32 finalda türkiyəli Sila Uzuncavdara uduzaraq turnirdə çıxışını yekunlaşdırmışdı. 

Beləliklə, bu gün mübarizə aparan hər üç taekvondoçumuz yarışı medalsız tamamlayıb. 
Qeyd edək ki, sabah keçiriləcək taekvondo yarışlarının son günündə Yunis Hüseynov (73 kq) və Elcan Əliyev (+80 kq) mübarizəyə başlayacaq. 

 

Skopye-2025: Taekvondo yarışlarının ikinci günü komandamız üçün başa çatdı  Skopye-2025: Taekvondo yarışlarının ikinci günü komandamız üçün başa çatdı  Skopye-2025: Taekvondo yarışlarının ikinci günü komandamız üçün başa çatdı  Skopye-2025: Taekvondo yarışlarının ikinci günü komandamız üçün başa çatdı