Stolüstü tennis üzrə qaışıq cütlüyümüz festivalda mübarizəni dayandırdı

Stolüstü tennis üzrə qaışıq cütlüyümüz festivalda mübarizəni dayandırdı

Bu gün Skopye-2025 çərçivəsində keçirilən stolüstü tennis üzə qarışıq cütlüklər arasında yarışlara start verilib. 

Olimpnews.az xəbər verir ki, Uğur Nəzərli/Şəbnəm Mansurovadan ibarət cütlüyümüz də bu yarışda ölkəmizi təmsil edib. 

Mübarizəyə 1/16 finaldan başlayan təmsilçilərimiz Kadet/Skalda (Rumıniya) cütlüyünə məğlub olub (11:9, 11:8, 11:11). 

Bununla da “Partizan” idman zalında keçirilən stolüstü tennis üzrə qarışıq cütlüklərin mübarizəsi komandamız üçün başa çatıb.