EYOF-2025: Üzgüçülərmiz yarımfinala vəsiqə əldə edə bilməyiblər

EYOF-2025: Üzgüçülərmiz yarımfinala vəsiqə əldə edə bilməyiblər

Skopye Bədən Tərbiyəsi və İdman İnstitutunun hovuzunda keçirilən üzgüçülük yarışı davam edir.

Olimpnews.az xəbər verir ki, festival iştirakçıları bu dəfə 100 metr məsafəyə arxasıüstə yarışıblar. Qızların yarışında iki təmsilçimiz mübarizə aparıb. Yarımfinala vəsiqə uğrunda yarışıda Vlastilina Xasyanova (1:10.56) 39-cu yeri tutub. Digər təmsilçimiz Mehri Əbdürəhmanlı (1:14.56) bu növdə çıxışını 41-ci pillədə tamamlayıb. Bununla da hər iki üzgüçümüz yarımfinala vəsiqə əldə edə bilməyib.