EYOF-2025: Kumanovada şose veloyürüşü keçirilib   

EYOF-2025: Kumanovada şose veloyürüşü keçirilib   

Skopye-2025 çərçivəsində Kumonova şəhər mərkəzində keçirilən şose veloyürüşündə finalçılar müəyyənləşib. Festivala yollanan təmsilçilərimiz bu növdə də uğur qazana bilməyiblər. Qızların yarışında Ceyla Həşimova (1:20) finişə 79-cu, Məryəm Hüseynova (1:30) 83-cü, Sevinc Sultanzadə (1:30) isə 84-cü yerdə çatıb. Oğlanların yarışında Nihad Xudoyev (1:21) finişi 78-ci, Çingiz İsayev (1:32) 87-ci keçib. Asiman Qasımov isə iştirakçılar sırasında yer almayıb.