Fevralın 13-16-da Hövsan Olimpiya İdman Kompleksində 1997-1998-ci illər təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda "Neftçi” İSM, DİN İC, ROİL, 6 saylı UGGİM, "Gömrükçü” İC, "Pəhləvan” İK, "Sərhədçi” İK, "İgid” İK, "Təhsil” RİM, Zenit, "Xəzri”, 9 saylı UGİM, "Həyat” İK, "Məhsul” İC, "Cəngi” İK, "Bakı” İK, "Lokomotiv” İSM, "Spartak” KBTİCRŞ, "Azəri” İK və Xosrov Cəfərov adına güləş kulubunu təmsil edən idmançılar yarışıblar. 184 idmançının mübarizə apardığı sərbəst güləş üzrə birincilikdə müxtəlif çəkilər üzrə qaliblər müəyyənləşib.
Yunan-Roma güləşi üzrə yarışda isə 228 pəhləvan gücünü sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 10 çəki dərəcəsində qaliblərin adı məlum olub.
Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Yarişlarda ilk 3 yeri tutan idmançılar mart ayında keçiriləcək respublika turnirinə vəsiqə qazanıblar.