Bir müddətdir ki, ispaniyalı mütəxəssis Xavinin Hindistan millisinə rəhbərlik edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Olimpnews.az xəbər verir ki, insayder Fabrizio Romano bu məlumatı təkzib edir. O bildirir ki,
Xavi ilə Hindistan Futbol Federasiyası arasında heç bir danışıqlar aparılmayıb.
Qeyd edək ki, 45 yaşlı Xavi artıq xeyli müddətdir məşqçilik fəaliyyətini dayandırıb.