Zona yarışında 150 idmançı güləşir

Zona yarışında 150 idmançı güləşir

Fevralın 15-də Şəki Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə ölkə birinciliyinin zona yarışların başlanıb. Azərbaycan Güləş Federasiyası (AGF), Gənclər və İdman Nazirliyinin (AGİN) birgə təşkilatçılığı ilə keçirilən yarışlarda Şəki-Zaqatala bölgəsinin rayonları da daxil olmaqla, respublikamızın 9 şəhər və rayonundan 150-dək idmançı mübarizə aparır. Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Qərib Əliyevdir. Hər çəki dərəcəsi üzrə qalib gələn güləşçilər ölkə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaqlar.
Zona yarışının qalibləri federasiyanın diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.