"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerası ərzində ən yaxşı hesab etdiyi məşqçinin adını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, o, Yurgen Klop və ya Arne Slotu birinci yerə qoymayıb. Salah Luçano Spalettini xüsusi qeyd edib. "Spalletti mənim həyatımdakı ən yaxşı məşqçidir. Mən onun rəhbərliyi altında təkcə taktiki deyil, həm də mənəvi cəhətdən inkişaf etmişəm. O, mənə istedadımı nümayiş etdirmək və daha yaxşı oyunçu olmaq imkanı verdi”, - Salahın sözlərini Canluka di Marzionun saytı France Football-a istinadən sitat gətirib.
Qeyd edək ki, Salah Luçano Spalettinin rəhbərliyi altında “Roma”da 62 oyun keçirib. Bu oyunlarda misirli futbolçu 28 qol vurub və komanda yoldaşlarına 20 məhsuldar ötürmə verib.