"Sağsağanlar" Alman klubuna təklif göndərəcəklər

"Sağsağanlar" Alman klubuna təklif göndərəcəklər

"Nyukasl Yunayted" "Leypsiq"in forvardı Benjamin Şeşko ilə yaxından maraqlanır.

Olimpnews.az Sky Germany portalının məlumatına istinadən xəbər verir ki, "sağsağanlar" 22 yaşlı sloveniyalı hücumçu üçün təxminən 80 milyon avro xərcləməyə hazırdır. 
Qeyd edək ki, Şeşko iki mövsümdür ki, Leypsiqdə çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 45 oyunda 21 qol, 6 məhsuldar ötürmə edib.