Almaniyalı hücumçu Tomas Müller MLS "Vankuver" ilə müqavilə bağlamağa hazırlaşır.
Olimpnews.az xəbər verir ki, Münhen "Bayern"inin 35 yaşlı futbolçusu klubla il yarımlıq müqavilə imzalayacaq.
Qeyd edək ki, bu yay münhenlilərlə müqaviləsi başa çatan futbolçu Bavariya təmsilçisini heyətində 756 oyunda 250 qol və 276 məhsuldar ötürmə müəllifi olub.