"Mançester Siti" Quardiolanı yorub

"Mançester Siti" Quardiolanı yorub

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola "şəhərlilər"dən ayrıldıqdan sonra məşqçilik fəaliyyətinə fasilə vermək istəyir. ""Mançester Siti"dən ayrılanda işimə fasilə verəcəyəm. Nə qədər? Bilmirəm, bir il, iki, üç, beş, on, on beş. Hesab edirəm ki, bu doğru addım olacaq", - deyə Quardiola "GQ Espana"ya müsahibəsində vurğulayıb. 
Xatırladaq ki, 54 yaşlı mütəxəssis məşqçilik karyerasında titulların sayına görə artıq ikinci pilləyə yüksəlib (39). O, italiyalı Karlo Ançelottini də geridə qoyub, ingiltərəli Ser Aleks Ferqyusondan (49) geri qalır.
Qeyd edək ki, mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.