Luis Diaz "Bayern Münhen"də

Luis Diaz "Bayern Münhen"də

"Liverpul"un cinah hücumçusu Luis Diaz artıq "Bayern Münhen" klubunun futbolçusudur. 
Olimpnews.az xəbər verir ki, tibbi testlərdən uğurla keçən futbolçu klubla 4 illik müqavilə imzalayıb. 
Almaniya nəhəngi Luis Diaz üçün "Liverpul"a 67.5 milyon avro ödəyəcək. Razılaşmaya əlavə olaraq müqaviləyə 5 milyon avroya qədər bonuslar da daxildir.
Futbolçu rəsmi olaraq cümə axşamı günü saat 16:30-da keçiriləcək mətbuat konfransında Bundestim təmsilçisinin yeni futbolçusu kimi ictimaiyyətə təqdim olunacaq. O, həmin gün komanda ilə ilk məşqinə çıxacaq.