UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən “Qarabağ” klubu da cavab oyununa çıxacaq. Ağdam təmsilçisi Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda səfərdə 3:0 hesabı ilə məğlub etdiyi İrlandiyanın “Şelburn” komandasını qəbul edəcək.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
"Qarabağ" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
