İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Olimpnews.az xəbər verir ki, "mersisaydlılar" "Salford Siti"dən 17 yaşlı hücumçu Vill Raytı heyətinə cəlb edib. Futbolçu ilə üç illik müqavilə imzalanacaq. "Liverpul" rəhbərliyi gənc futbolçu üçün qarşı tərəfə 200 min funt-sterlinq ödəyəcək.