Argentinalı futbolçuya "Real"da qadağa qoyulub

Argentinalı futbolçuya "Real"da qadağa qoyulub

Madrid "Real"ı yaxın günlərdə yeni mövsümün hazırlığına başlayacaq.
Olimpnews.az Goal portalına istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi Franko Mastantuonoya ilkin olaraq əsas komanda ilə məşq etmək qadağan edilib. İspaniya qanunlarına görə, Mastantuono yalnız 18 yaşında “Real”ın əsas komandası ilə çıxışa başlaya bilər. 
Qeyd edək ki, "Real" "River Pleyt"dən Franko Mastantuononu 45 milyon avroya heyətinə cəlb edib.