Klopp nə işlə məşğul olur?

Klopp nə işlə məşğul olur?

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp sosial şəbəkədə yeni fotosunu paylaşıb. Olimpnews.az xəbər verir ki, almaniyalı mütəxəssis NBA əfsanələri, həmyerlisi Dirk Novitski və kanadalı Stiv Neşlə keçirdyi padel oyunundan sonra paylaşdığı şəkilin altında bu sözləri yazıb:
"NBA əfsanələri Dirk və Steve ilə əla məşq sessiyası! Stiv və mən əslində çox qaçmalı olduq. Dirk isə sadəcə qolundan istifadə etdi. Çox sağ olun, bu həqiqətən əyləncəli idi".