Madrid “Atletiko”su daha bir futbolçusunu Braziliya “Flamenqo”suna göndərib.
Olimpnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Saul Niqesin ardınca 25 yaşlı cinah yarımmüdafiəçisi Samuel Lino da Braziliyaya gedib. Futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Xatırladaq ki, La Liqanın son mövsümündə Lino 31 matçda 3 qol vurub.