Türkiyənin "Fənərbağça" klubu yay transfer pəncərəsində fəallığı ilə diqqət çəkir.
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi Milan Şkriniardan sonra azad agent olan portuqaliyalı Nelson Semedunu da heyətinə cəlb etməyə yaxındır. Bunun üçün tərəflər artıq transfer şərtlərində razılıq əldə ediblər.
Qeyd edək ki, 31 yaşlı futbolçu son olaraq İngiltərənin "Vulverhampton" klubunda forma geyinib.
"Fənərbağça" Semedunu da heyətinə cəlb edir
