Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə 

Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə 

Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində İralndiyanın “Şelburn” klubu ilə qarşılaşıb. 
Olimonews.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. Matçın 44-cü dəqiqəsində İrlandiya klubunun futbolçusu Con Martin topu öz qapısına göndərib. Bu, oyunda vurulan yeganə qol olub. Beləliklə iki oyunun nəticəsinə görə (4:0) Qurban Qurbanovun komandası növbəti mərhələyə yüksəlib.