Sumqayıtın "Alüminiumçu” idman evində yunan-Roma güləşi şəhər birinciliyi keçirilib. Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 20 illik yubileyinə həsr olunub. Birincilikdə şəhərin 1994-1996-cı illər təvəllüdlü idmançıları iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçirilən ikigünlük yarışda Nurəli Babayev (50 kq), Azər Nəsibli (55 kq), Murad Məmmədov (60 kq), Hüseyn Abbasov (66 kq), Sahib Quliyev (74 kq), İslam Abbasov (84 kq), Kamran Bədəlov (96 kq) və Qismət Ağayev (120 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Yarışın qalibləri və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif ediliblər.