Almaniya və Yaponiya futbol federasiyaları arasında əməkdaşlıq genişlənməkdədir.
Olimpnews.az Bild nəşrinə istinadən xəbər verir ki, "Gündoğar ölkə"nin ədalət təmsilçiləri - Koki Naqamine və Yusuke Ohaşi Almaniya futbolunun üçüncü güclü liqasında bir neçə oyunu idarə edəcəklər. Eyni zamanda almaniyalı hakimlər də Yaponiyada bir neçə oyunu idarə edəcəklər. Xatırladaq ki, Almaniya çempionatının yeni mövsümü avqustun 22-də başlayacaq.
Yaponiyalı hakimlər Bundesliqa matçlarını idarə edəcəklər
