Qətərin "Əl-Duhail" klubunda çıxış edən Marko Verratti Madrid "Real"ının hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb. "Kilian uğura acdır, o, həmişə qələbə üçün mübarizə aparır. Əminəm ki, gec-tez "Qızıl topu" qazanacaq", - deyə Verratti La Gazzetta dello Sport-a müsahibəsində vurğulayıb. Qeyd edək ki, ötən yay azad agent kimi PSJ-dən "Real"a keçən Mbappe 59 matçda 44 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.
"Əminəm ki, gec-tez "Qızıl topu" qazanacaq"
