İngiltərənin "Tottenhem" klubu "Bavariya"nın yarımmüdafiəçisi Joao Palinyanı icarəyə götürmək istəyir.
Olimpnews.az The Athletic-in yaydığı məlumata istinadən xəbər verir ki, 30 yaşlı portuqaliyalı bir il əvvəl Münhen klubuna "Fulhem"dən köçüb. Onun transferi 51 milyon avroya başa gəlib. Cəmi 25 matçda meydana çıxan və heç bir qol vurmayan oyunçu əsas heyətdən kənarda qalıb. Hazırda klublar arasında danışıqlar aparılır. Palinyanın bazar dəyəri isə 30 milyon avro olaraq qiymətləndirilir.