"Beşiktaş"ın futbolçusu Rusiyaya üz tutdu 

"Beşiktaş"ın futbolçusu Rusiyaya üz tutdu 

Rusiyanın "Spartak" klubu yeni transferini rəsmiləşdirib. 
Olimpnews.az xəbər verir ki, Moskva təmsilçisi "Beşiktaş"da forma geyinən Gedson Fernandesi heyətinə cəlb edib. Rusiyalilar futbolçu ilə 4 illik müqavilə imzalayacaqlar. 
İstanbul təmsilçisi bu transferdən 20 milyon avro qazanacaq. Müqavilənin şərtlərində 7 milyon avro bonus da yer alıb.