"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS klubu ilə müqaviləsini uzadacaq. Jurnalist Xavi Kamposun sosial şəbəkə hesabında yazdığı xəbər görə, yeni razılaşma yaxın həftələrdə açıqlanacaq. Qeyd olunur ki, argentinalı futbolçu 2026-cı il dünya çempionatı və 2028-ci ildə Amerika kubokunda çıxış etmək niyyətindədir. "İnter Mayami" ilə yeni müqavilə 2028-ci ilin sonuna qədər qüvvədə olacaq. 38 yaşlı Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.
Messi yeni müqavilə imzalayacaq
