ABŞ prezidenti Donald Tramp Braziliya vətəndaşlarına, o cümlədən dünya çempionatı zamanı viza qadağası tətbiq etməyi düşünür.
Olimpnews.az CNN Brasil-a istinadən xəbər verir ki, bu qərar Braziliyada ictimai rəyin dəyişməsinə, ölkənin hazırkı hakimiyyətinə qarşı təzyiqləri artırmasına səbəb ola bilər. Bildirilir ki, məhdudiyyətlər braziliyalı senatorların Vaşinqtona son səfəri zamanı artıq hiss olunmağa başlayıb. Onlara ABŞ-da qalma müddəti əhəmiyyətli dərəcədə azaldılmış viza verilib.
Braziliya Futbol Konfederasiyası (CBF) isə öz növbəsində gələcək hadisələrə qədər açıqlama verməyi planlaşdırmır. Bununla belə, indidən mümkün sanksiyalardan xəbərdardır və heç vaxt milli komandanı dünya çempionatlarında dəstəkləmək imkanından məhrum olmayan azarkeşlərin maraqlarını qoruyacaq vədlər verir.
Xatırladaq ki, 2026-cı ildə dünya çempionatında 48 komanda iştirak edəcək. Çempionat iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.