FİFA klublarası dünya çempionatının qalibi olan "Çelsi"də böyük təmizlənmə planı nəzərdə tutulub. Olimpnews.az “Transfer News Live”ın məşhur jurnalist Nikolo Şiraya istinadən verdiyi məlumata görə, London komandasının baş məşqçisi Enzo Mareska 15 futbolçunun klubdan ayrılmasını tələb edir. Siyahıda Kristofer Nkunku, Aksel Disasi, Benoit Badiaşil, Lesli Uqoçukvu, Ben Çilvel, Rahim Sterlinq, Alfi Gilşrist, Karni Çukuemeka, Kirnan Dyusburi-Hol, Nikolas Cekson, Mark Giu, Renato Veyqa, Broha Andonun da adları qeyd olunub. Qeyd edək ki, "Zadəganlar" növbəti İngiltərə çempionatının ilk turunda doğma stationlarında "Kristal Pelas"la qarşılaşacaq.
Baş məşqçi 15 futbolçuya qapını göstərib
