Avqustun 2-3-də Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kuboku keçirilib.
26 ölkədən 226 (148 oğlan, 78 qız) idmançının müabrizə apardığı turnirdə komandamız 8 oğlan cüdoçu ilə təmsil olunub.
Cüdoçularımız yarışı 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Təmsilçilərimizdən qızıl medallara Nihad Məmişov (-60 kq), Əbil Yusubov (-73 kq), Süleyman Şükürov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medalla sahib çıxıb. Cüdoçularımız bu nəticə ilə ümumi komanda hesabında birinci yeri tutub.