"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib 

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib 

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya"nı mübarizədən kənarlaşdırsa, növbəti raundda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off matçları 19-20 və 26-27 avqustda baş tutacaq. "Qarabağ" ilk oyunu səfərdə keçirəcək.