"Barselona" tələsir

"Barselona" tələsir

"Barselona" hücumçu Markus Reşford üçün heyətdə yer ayırmaq üçün yarımmüdafiəçi Mark Kasadonu satmaq və ya icarəyə vermək variantlarını araşdırır.

Olimpnews.az AS-ın verdiyi məlumata istinadən xəbər verir ki,klub hazırda qiyməti 30 milyon avro olan 21 yaşlı futbolçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır. Lakin kataloniyalılar transferi sürətləndirmək və Reşfordun qeydiyyatı məsələsini həll etmək üçün qiyməti xeyli aşağı sala bilər. Kasado ilə daha əvvəl "Çelsi" və Madrid "Atletiko"su  maraqlanırdı. Ötən mövsüm yarımmüdafiəçi "Barselona"nın heyətində 36 oyun keçirib, bir qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Markus Reşford  “Barselona”ya “Mançester Yunayted”dən icarə əsasında keçib.