"Qartallar" Şahini çağırır

"Qartallar" Şahini çağırır

Dortmund "Borussiya"sının keçmiş baş məşqçisi Nuri Şahin tezliklə məşqçilik fəaliyyətini davam etdirə bilər. 

Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis hazırkı baş məşqçi Ole Qunnar Solskjaerlə yollarını ayırmağı düşünən "Beşiktaş"ın namizədləri sırasında yer alıb.
Türkiyəli məşqçi Dortmunddan əvvəl “Antalyaspor”un uğurları üçün çalışıb.