"Tottenhem"in kapitanı Heung-min Son yayda komandadan ayrılacağını bəyan edib. "Mən bəzi dəyişikliklər etmək istəyirəm. Londona 23 yaşımda gəldim. Həmin vaxt çox gənc idim. Mən bu klubu yetkin bir insan kimi tərk edirəm. Özümlə çox fəxr edirəm", - deyə klubun rəsmi saytı Sondan sitat gətirib.
Qeyd edək ki, 33 yaşlı cənubi koreyalı futbolçu 2015-ci ildən "Tottenhem"də çıxış edir. Ötən mövsüm komandası ilə Avropa Liqasının qalibi olan Son ümumilikdə 454 oyunda 173 qol vurub. O, klubun tarixində ən çox qol vuranlar siyahısında dördüncü yeri tutur.
Sonun da London macərası başa çatır
