Cəlilabad Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 31 illiyinə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol idman növü üzrə rayon turnirinə yekun vurulub.
Altı komandanın gərgin mübarizə apardığı turnirin final oyununda Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun komandası Cəlilabad Rayon İcra Hakimiyyətinin komandasına 10:3 hesabı ilə qalib gələrək birinci yeri tutub. Üçüncü yeri isə Cəlilabad rayon Təhsil Sektorunun komandası tutub.
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, diplom və medallarına layiq görülüb.
Minifutbol idman növü üzrə rayon turnirinə yekun vurulub
