Şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş turnir keçirilib

Şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş turnir keçirilib

Adını qəhrəmanlıq tariximizə yazdıran şəhid Pəncəli Teymurovun xatirəsinə minifutbol üzrə Astara rayon açıq turnirinə start verilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan turnir “Ümid” İdman Kompleksində keçirilir. 
Turnirdə 16 komanda 4 qrupda dairəvi sistemi üzrə mübarizə aparır. Hər qrupda 1 və 2-ci yerləri qazanan komandalar əvvəlcə 1/4 final, sonra yarımfinal, final mərhələsində qüvvələrini sınayacaq və fəxri yerlər müəyyən olunacaq. Turnirin final oyunu avqustun 12-də keçiriləcək.