Mərhum hücumçu Dioqo Jotanın karyerasına başladığı Portuqaliyanın "Qondomar" klubunun futbolçuları 2025/26 mövsümündə onun şəkili olan olan formada çıxış edəcəklər. Bu barədə Olimpnews.az “Qondomar”ın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Formada Jota və onun qardaşı Andrenin şəkilləri yer alacaq. Qeyd edək ki, Dioqo Jota 2005-2013-cü illərdə Gondomar futbol ailəsinin bir hissəsi olub.
Xatırladaq ki, Jota iyulun 3-də avtomobil qəzasında dünyasını dəyişib. Jota və qardaşı Andrenin olduğu "Lamborghini" təkərinin partlaması səbəbindən idarəetməni itirib, daha sonra xəndəyə yuvarlanaraq alovlanıb.
Portuqaliya klubunun forması fərqli olacaq
