“Lion”un müdafiəçisi Due Çaleta-Çar “Real Sosyedad”a keçib.
Olimpnews.az xəbər verir ki, San Sebastian klubu 28 yaşlı xorvatiyalını 2026-cı il iyunun 30-dək 500 min avroya icarəyə götürüb. İspan klubunun bazar dəyəri 7 milyon avro dəyərində qiymətləndirilən futbolçunu almaq imkanı da var. Məlumat üçün bildirək, Çaleta-Çar əvvəllər "Southempton", "Marsel", "Salzburq" və "Lieferinq" klublarında çıxış edib. O, eyni zamanda Xorvatiya millisinin heyətində 33 oyun keçirib.