“Nyukasl”ın hücumçusu Alexander Isak “Mançester Yunayted”in təklifini rədd edib”.
Olimpnews.az jurnalist Plattenberqin verdiyi məlumata istinadən xəbər verir ki, mankunianlılar 25 yaşlı futbolçu ilə danışıqlar aparmağa çalışsalar da, o, danışıqlardan imtina edib.
Daha əvvəl "sağsağanlar" "Liverpul"un isveçli futbolçu üçün ayrılmış 120 milyon funt sterlinqi rədd etmişdi.
Qeyd edək ki, İsak ötən mövsüm İsak 34 matçda 23 qol vurub və 6 məhsuldar ötürmə edib.