Karyerası ərzində "Çelsi", "İnter" və "Yuventus"un formasını geyinən cinah oyunçusu Xuan Kuadrado bu dəfə A Seriyasının debütantı "Piza"ya keçməyə yaxındır.
Olimpnews.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə, futbolçu tibbi müayinədən keçmək və sənədləri imzalamaq üçün avqustun 4-də kluba gələcək. Kuadrado azad agent kimi "Piza"ya transfer olunacaq. Qeyd edək ki, onun "Atalanta" ilə müqaviləsi iyunda başa çatıb. Ötən mövsüm
37 yaşlı kolumbiyalı orada 32 oyun keçirib, 4 məhsuldar ötürmə edib.
Debütant 37 yaşlı futbolçuya ümid edir
