Amerikalı vinger "Qoca sinyora"nı tərk edir 

Amerikalı vinger "Qoca sinyora"nı tərk edir 

"Yuventus"un amerikalı vingeri Timoti Via "Marsel" ilə müqavilə imzalayacaq.

Olimpnews.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib. Mənbənin sözlərinə görə, tərəflər artıq şifahi razılığa gəliblər. Marsel kredit üçün 1 milyon avro ödəyəcək, müqavilədə həmçinin 14 milyonluq satınalma maddəsi, 3 milyon bonus və gələcək satışın faizi ilə bağlı bənd var. Ötən mövsüm Veah  klub səviyyəsində 43 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə verib. O, ABŞ millisində 44 oyun keçirib və 7 qol müəllifi olub.