Madrid "Real"ın bazar ertəsi yeni mövsümün hazırlıqlarına start verəcək.
Olimpnews.az xəbər verir ki, Marca son həftələr və aylar ətrafında çox söz-söhbətlər gəzən hücumçu Vinisius Juniorun vəziyyəti ilə bağlı məqalə dərc edib.
"Vinisius onun yerinin sadəcə hər yerdə deyil, Real Madriddə olduğuna əmin olaraq qayıdır", - deyə məqalədə deyilir. Vinisiusun yüksək səviyyə nümayiş etdirmək və dünya futbolunun yüksək səviyyəsinə qayıtmaq əzmində olduğu qeyd edilir. İstirahət zamanı braziliyalı optimal fiziki formasını bərpa edib. Qeyd olunur ki, 25 yaşlı Vinisiusla “Real” arasında gərginlik olması ilə bağlı bəzi şayiələr həqiqəti əks etdirmir.