Futbol üzrə Danimarka Super Liqasında maraqlı hadisə baş verib.
Olimpnews.az xəbər verir ki, Super Liqa çərçivəsində keçirilən "Sonderjyske" - "Nordsjælland" oyununda matçının ikinci hissəsinə əlavə edilmiş 9-cu dəqiqədə ev sahiblərinin futbolçusu Maksime Soulas komandasına qələbə qazandıran topun müəllifi olub.
Oyun "Sonderjyske" klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunun müəllifi Maksime Soulas oyunun ən yaxşısı seçilib. Mükafat olaraq futbolçuya bir araba dolusu, təxminən 55 kq həcmində kartof verilib.