Çempionlar Liqası “Qarabağ” “Şkendiya” ilə üz-üzə 

Çempionlar Liqası “Qarabağ” “Şkendiya” ilə üz-üzə 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən Azərbaycanın “Qarabağ” klubu növbəti oyununa çıxacaq. 
Olimpnews.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gələcək. Skopyedəki Todor Proeski Arenada keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi slovakiyalı İvan Krujlyak olacaq. 
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 12-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 
Xatırladaq ki, “Qarabağ” ikinci təsnifat mərhələsində İrlandiyanın “Şelbrun” komandasını iki oyunun nəticəsinə görə 4:0 (3:0, 1:0), “Şkendiya” isə Rumıniyanın FCSB klubuna 5:2 (3:1, 2:1) hesabı ilə qalib gəlib