Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Olimpnews.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində bu gün 4 oyun təşkil olunacaq. Günə Bakı vaxtı ilə saat 21:00-da “Malmö” (İsveç) və “Kopenhagen” (Danimarka) komandalarının oyunu ilə start veriləcək.
Saat 22:00-da daha azarkeşlər daha iki qarşılaşma izləyəcəklər. Ukraynaın Kiyev “Dinamo”su Kiprin “Pafos”, Şimali Makedoniyanın “Şkendiya” klubu isə Azərbaycan təmsilçisi “Qarabağ”la üz-üzə gələcək.
Günün son oyununda - saat 22:45-də isə Şotlandiyanın “Reyncers” komandası Çexiyanın “Viktoriya” klubunu qəbul edəcək.
Qeyd edək ki, bu mərhələnin digər oyunları avqustun 5-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək
